Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesini hələ də məqbul sayır
22.04.11 18:30

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesini hələ də məqbul sayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, münaqişə davam edir və danışıqlar prosesi də problemin həlli variantlarından biridir.”Təəssüf ki, indiyə kimi aparılan danışıqlarda nəticə əldə olunmayıb. Buna da səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistanın apardığı siyasət göstərir ki, onlar qeyri-konstruktiv mövqedən əl çəkmək niyyətində deyillər”,-deyə Ə.Əhmədov vurğulayıb. YAP funksioneri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq danışıqları davam etdirəcək. “Ancaq bunun üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli və Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır”,-deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3278.html