Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirilir
04.12.09 18:56

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil və elm sahəsində gedən inkişafdan danışdı və bildirdi ki, bu sahədəki irəliləyişlər ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində reallaşıb. Azərbaycan təhsilinin qonşu dövlətlər, eləcədə bir sıra ölkələrə nisbətən irəlidə olduğunu söyləyən M.Mərdanov bu istiqamtdə aparılan işlərin daha da intensivləşdirilməsinin zəruri olduğunu söylədi. Sonra mövzu ilə bağlı danışan M.Mərdanov bildirdi ki, bu konfranslar davamlı olaraq aparılır və lazım olsa təkmilləşdiriləcək və stimullaşdırılacaq. Konfransda 300-ə yaxın doktorant və gənc tədqiqatçının iştirak etdiyini diqqətə çatdıran M.Mərdanov qeyd etdi ki, iki gün davam edəcək konfransın 19 bölməsində 300-ə yaxın məruzənin dinləniləcəyi nəzərdə tutulub. Gənc alimlərə diqqətin artırılması və onlara tədqiqat aparmaları üçün lazımi şəraitin yaradılmasını zəruri hesab edən M.Mərdanov ölkəmizdə bu sahənin daha da stimullaşdırılması üçün Elmin İnkişaf Fondunun da yaradıldığını söylədi. Alimlərin tədrisə olan münasibətlərinə toxunan nazir onların repititorluqla məşğul olmalarından təəssüfləndiyni vurğuladı. “Niyə alim iki saatlıq vaxtını elmin inkişafına həsr eləməsin? Niyə həmin vaxtı orta məktəb şagirdlərinə repititorluğa sərf etsin?”,-deyə sual doğuran məsələdən təəssüflənən M.Mərdanov əmin olduğunu bildirdi ki, gələcəkdə alimlərin əməyi dövlət tərəfindən dəstəklənəcək və onların adları ayrıca qeyd olunacaq. Təhsil nazirinin müavini İradə Hüseynova, ADU-nun rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov da konfrasla bağlı çıxış etdilər. Qeyd edək ki, sonda 43 doktorant və gənc tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatı, 3 nəfərə isə noutbuk təqdim olundu. Bölmə sədrlərinə isə təşəkkür elan olundu. Konfrans sabah başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-327.html