Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sona Vəliyeva: “Milli Televiziya və Radio Şurası telekanallardakı aşağı səviyyəli yayımlara qadağa qoya bilməz”
21.04.11 23:03

Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda yayımlanan aşağı səviyyəli seriallara, proqramlara, eyni zamanda aparıcıların efirə çıxmasına qadağa qoya bilməz. Bu məsələ MTRŞ səlahiyyətləri daxilində deyil. Biz o yayım şirkətlərinə yalnız iradlarımızı və təkliflərimizi bildirə bilərik. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib. “MTRŞ-ya gün ərzində çox sayda şikayət zəngləri gəlir. Bəzən yaşlı nəslin nümayəndələri zəng edib şikayətlənir ki, siz hara baxırsınız? Bu nə biabırçılıqdır? Buna hansı Azərbaycan ailəsi baxar? və s. Əlbəttə, biz də baş verən bu hallardan narazıyıq, bir ziyalı kimi bunlar bizi də narahat edir. Ancaq MTRŞ-nın qanununda elə bir bənd yoxdur ki, biz bunlara qadağa qoyaq. Hər kanalın öz yayım siyasəti var”,-deyə S.Vəliyeva vurğulayıb. Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib. “Belə məsələlər birdən-birə həllini tapa bilməz. Çünki bunlara 20 ildə toxunan olmayıb. Bütün bunların təsiri özünü 5-6 ildən sonra mütləq göstərəcək. Özəl kanallar aşağı səviyyəli serialları baha qiymətə alır, aşağı səviyyəli proqramlar hazırlayır. Halbuki, onlara xərclənən maliyyəni milli maraqlara, dəyərlərə xidmət edən proqram və ailə serialları hazırlasalar, cəmiyyətə xeyir vermiş olarlar”,-deyə o, söyləyib.
URL / WWW
http://kelam.az/news/a-3264.html