Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Kaspi” qəzeti yeni layihəsinə start verdi
21.04.11 23:03

Artıq dövlət strukturları və komitələri ilə media arasında informasiya qapalılığına son qoyulacaq. “Kaspi” qəzetinin həyata keçirdiyi yeni lahiyə bu yönümdə olacaq. Layihənin əsas məqsədi nazirliklərin, dövlət komitə və digər struktuurların işinin media qarşısında təhlil edilməsi, araşdırılmasıdır. Layihənin ilk tədbirinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəvət olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib. “Bizim əsas məqsədimiz müstəqilliyimizin 20 ilində qazandıqlarımızı, itirdiklərimizi, uğurlarımızı Azərbaycan auditoriyası ilə bölüşməkdir. Bununla da, düşünürük media və dövlət strukturları arasında olan informasiya qapalılığına da son qoyulacaq. Qoy hamı gerçəklərdən xəbərdar olsun”,-deyə Sona Vəliyeva qeyd edib. S.Vəliyeva əvvəlcə ailənin Azərbaycan cəmiyyətində tutduğu mövqedən danışıb. O, qadının, ailənin cəmiyyətdə rolunu yüksək dəyərləndirib və ölkə rəhbərliyinin ailə, qadın və uşaqlara göstərdiyi diqqət, qayğı və dəstəkdən söhbət açıb. Komitənin sədri Hicran Hüseynova da ölkədə bu problemlərlə bağlı dövlətin xüsusi siyasət yeritdiyini qeyd edib. “Dövlət bu məsələlərə xüsusi diqqət ayırır. Bu problemlər dövlət siyasəti səviyyəsinə qədər qaldırılır. Komitəmiz SİDO və Uşaq Hüquqlarını Müdafiə Konvensiyasına qoşulduğundan, hər 4 ildən bir hesabat hazırlayır. Bu hesabatlar Avropa Şurasında analiz edilir və yüksək qiymətləndirilir. Hətta Avropa Şurası özü qeyd edir ki, çox nadir ölkələrdə gender büdcəsinə ayrılna maliyyə göstərilir. Azərbaycan bu kimi məsələlərər ciddi yanaşır”,-deyə o, vurğulayıb. Tədbir jurnalistlərin sualları ilə davam etdirilib.
URL / WWW
http://kelam.az/news/a-3263.html