Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elton musiqidə yeni məharətini göstərəcək
21.04.11 23:03

Müğənni Elton mayın 22-də Heydər Əliyev Sarayında solo konsert verəcək. Sənətçi proqrama həmkarlarından yalnız Sevda Yəhyayeva ilə duet daxil edib. “KƏLAMİNFO”nun məlumatına görə, konsertin proqramına müğənninin yeni və retro mahnıları daxil edilib. Sözünün davamında müğənni bildirdi ki, tezliklə onun musiqidə yeni bir məharəti üzə çıxacaq. O, tamaşaçılarına balaban ifaçısı kimi tanınacaq. Müğənni deyir ki, bu alət üzrə böyük səhnələrdə tanınan ifaçılarımz azdır. Bu azlıq ermənilərə alətin imkanlarından daha geniş istifadə etmək imkanı verir. Müğənni deyir ki, ifasını mükəmməlləşdirib, bu istiqamətdə böyük layihələrlə çıxış etməyi düşünür. Daha bir yenilikdən söz salan Elton yaxın günlərdə «Nakam» adlı albomunun işıq üzü görəcəyini bildirdi. Onu da qeyd edək ki, Eltonun şou-biznesdən olan həmkarlarından biri ilə layihəsi hazırlanır. Müğənni bunun təfərrüatları barədə yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında açıqlama verəcək.
URL / WWW
http://kelam.az/news/a-3259.html