Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Son zamanlar ölkədə qadınlar arasında cinayət halları artıb
04.12.09 18:56

Son zamanlar qadınlar arasında cinayət halları artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib. “Ailədaxili münaqişələr və zorakılıqlar nəticədə qadının cinayətkar olmasına səbəb olur”,-deyən H.Hüseynov rəhbərlik etdiyi komitənin həbsxanalarda olan qadınlarla bağlı proqramlar həyata keçirdiyini söyləyib. O, problemi olan ailələrlə, həmçinin cinayət baş verən ailələrin üzvləri ilə mütəmadi münasibətlər qurduqlarını vurğulayıb. H.Hüseynova Cəzaçəkmə Müəssisələrindən ailəyə qayıdan uşaq və qadınların ictimai həyatda məşğuliyyətinin bərpa olunmasının həlli üzərində çalışdıqlarını bildirib. “Komitə olaraq çalışırıq ki, həbsxanada olan qadınlar üçün kompüter kursları hazırlansın, kitabxana açılsın. Bu cür qadınlara və uşaqlara cəmiyyətdə özlərinə yer tapmaları üçün şans vermək lazımdır”,-deyə, H.Hüseynova qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-324.html