Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın tarixi və mədəniyyəti elektronlaşdırılacaq
04.12.09 18:56

Azəraycanda ilk dəfə olaraq Azərbaycan tarixi və mədəniyyətinin elektronlaşdırılması layihəsi həyata keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda məlumatı Milli İnternet Forumunun ikinci günündə keçirilən iclasında “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı söyləyib. C.Osmanlı bildirib ki, layihə 2010-cu ildə forumun təşkilatçılarından olan “hp” şirkəti ilə birgə həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkənin tarixi və mədəniyyəti haqqında mövcud olan yazılı mənbələri elektronlaşdıraraq bir resursda toplamaqdan ibarətdir. “Bu resurs vasitəsilə bütün dünya artıq Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat ala biləcək”,-deyən C.Osmanlı “hp” şirkətinin istedadlı gənclər üçün Yaradıcı Mərkəz də yaradacağını vurğulayıb. C.Osmanlı mərkəzdə müasir texnologiyalardan istifadə edərək gənclərin yeni internet layihələri, video, audio, sosial reklamlar hazırlamaq imkanı olacağını söyləyib.
URL / WWW
http://kelam.az/news/a-323.html