Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənistanda mediaya təzyiqlər artır
13.04.11 17:19

Ermənistan Söz azadlığı müdafiəsi komitəsi ilin əvvəlindən bu günədək KİV-lər və ya onların əməkdaşları üzərinə 15 təzyiq halının qeydə alındığını bəyan edib. KƏLAMİNFO-nun «Tert. am»a istinadən yaydığı xəbərdə göstərilir ki, nəticədə informasiya vasitəsinə, yaxud jurnalistə qarşı 10 məhkəmə işi açılıb, 4 halda informasiya almaq və yaymaq hüquqlarının pozulması qeyd olunub. Söz azadlığı müdafiəsi komitəsinin sədri Aşot Melikyanın sözlərinə görə, informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının kəskin şəkildə artması böhtan və təhqir üçün məsuliyyət haqqında qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Böhtan atma və təhqir etmə maddələri cinayət məcəlləsindən çıxarılıb və yeni qanuna görə, inzibati qaydada cəzalandırılır.
URL / WWW
http://kelam.az/news/a-3226.html