Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AVCİYA seçici hüquqlarının müdafiəsinə yardımçı olmaq istəyir
11.04.11 18:05

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının  müdafiəsi və seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb. Bu barədə məlumatı AVCİYA-dan veriblər.
Layihənin əsas məqsədi seçicilərin hüquqlarının müdafiəsinə yaxından kömək göstərmək, şəfaf və demokratik seçkilərin keçirilməsimə dəstək verməkdir. Azərbaycana seçki qanunvericiliyinin təkmilləşdirilməsində yardımçı olan Venetsiya Komissiyası ilə əməkdaşlıq etmək, onlar tərəfdən daha real təkliflərin irəli sürülməsinə yardımçı olmaqda layihənin əsas vəzifələri siyahısındadır. Dörd ay müddətində icra ediləcək layihə çərçivəsində ölkənin 5 regionynda seminar keçirilməsi, seçki qanunvericliyinin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və kitab nəşri nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-3211.html