Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Yevda Abramov: “Ermənilər tərəfindən yəhudilərin qırılması ilə bağlı geniş araşdırma aparılacaq”
11.04.11 18:05

“Ermənistan bilməlidir ki, vaxtilə Azərbaycan ərazisində ermənilər tərəfindən yəhudilərin də soyqırımına məruz qalmasına dünya yəhudi lobbiləri biganə qalmayacaq”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin yəhudi mənşəli deputatı Yevda Abramov bildirib.
Onun sözlərinə görə, dünyanın istənilən yerində yəhudi lobbisi bu məsələ ilə bağlı ciddi reaksiyalara hazırlaşır. “Mən bu yaxınlarda İsraildə səfərdə olarkən də bir qrup şəxslə mətbuat konfransı keçirdim və İsrail ictimaiyyəti qarşısında bu məsələni qabartdım. Orada qərara aldılar ki, İsrailin tanınmış aparıcı televiziya kanallarında və qəzetlərində ermənilər tərəfindən yəhudilərin qırılması ilə bağlı geniş araşdırma aparacaqlar” - deyə Y.Abramov vurğulayıb. Millət vəkili onu da əlavə edib ki, indiyədək bu məsələ ilə bağlı Minsk qrupuna bir neçə dəfə təkliflər göndərilməsinə baxmayaraq, yaxın zamanlarda missiya qarşısında bununla bağlı yenidən ciddi məsələ qaldırılacaq.
URL / WWW
http://kelam.az/news/a-3209.html