Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Qəhrəman ana” statusunun bərpa olunması gözlənilir
04.12.09 18:56

Azərbaycanda gələn ildən “Qəhrəman ana” statusunun bərpa olunması gözlənilir. Bu statusun tətbiqi demoqrafik cəhətdən inkişaf edən ölkəmiz üçün zəruridir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib. H.Hüseynova ölkədə vəziyyətin o qədər də kritik olmadığını və bəzi hallarda gənc ailələrin bir-iki uşaq istədiyini nəzərə çatdırıb. O, “Qəhrəman ana” adının bərpa olunmasını uşaqların sayının artırılmasında stimul oynayacağını vurğulayıb. H.Hüseynova qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır və təkliflər gələn il ərzində aidiyyatı qurumlara təqdim olunacaq.
URL / WWW
http://kelam.az/news/a-320.html