Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vəfa Quluzadə: “Azərbaycandakı prosesləri ərəb ölkələri ilə müqayisə etmək siyasi savadsızlıqdır”
06.04.11 18:19

“Bu gün Azərbaycanda kasıbçılıq var, müəyyən qrup narazılar da var. Ancaq bu o anlama gəlmir ki, prosesin inkişafını ərəb ölkələrindəki hadisələrlə müqayisə edək”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloqun fikrincə, bir qrup siyasətçinin Azərbaycandakı vəziyyəti ərəb ölkələri ilə müqayisə etməsi və fəaliyyətlərini bu konteksdə qurması siyasi savadsızlıqdır. “Bu gün mən bu müqayisəyə əsas verəcək səbəb görmürəm. Azərbaycanda inqilabi şərait yoxdur. Ərəb ölkələrində müxalifət yox idi və xalq özü ayağa qalxıb. İnsanların yaşayışı elə ağır durumdaydı ki, xalq bezib üsyan etdi. Yəni bu üsyanlarda müxalifətlik heç bir iş yox idi. Bizdə isə ən azı kifayət qədər müxalif partiya siyasi fəaliyyət göstərir və pis-yaxşı sözlərini də deyirlər”-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3191.html