Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Səsin eşidilsin” - Milli Debat layihəsinə start verildi
04.12.09 18:56

“İrəli” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılğı ilə “Səsin eşidilsin” adlı layihəyə start verilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələri əhatə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Layihə maarifləndirici xarakter daşıyır. Layihə çərçivəsində gənclər arasında Qış Debat Turnirinin də keçirilməsi nəzərdə tutulub. Hər iki İB layihə çərçivəsində 31 ali təhsil müəssisəsində gənclərə “Karl Popper” Debat formatı və natiqlik kursları keçirəcək. Qeyd edək ki, “Səsin eşidilsin” layihəsi 2010-cu ildən Azərbaycanın 12 bölgəsində fəaliyyət göstərən təhsil ocaqlarını əhatə edəcək. Universitetlərarası Karl Popper Debat formatı üzrə natiqlik turniri və I Milli Universitet Debat Forumunun mükafatçıları və məşqçiləri yayda keçirilməsi planlaşdırılan Yay Debat Məktəbində iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/news/a-318.html