Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AZADİNFORM İA “Lənkəran” qəzetində Dəyirmi masa keçirib
04.12.09 18:54

AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lənkəran rayonunda nəşr olunan “Lənkəran” qəzetində Dəyirmi masa keçirib. Dəyirmi masada qəzetin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak edib.AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsinin məqsədlərindən danışıb. N.Niftiyev bildirib ki, layihənin məqsədi ölkənin əyalətlərində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etməsini təmin etməkdir. Onun sözlərinə görə, yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqları artırılmaqla paralel regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu da gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqların olduğunu diqqətə çatdıran N.Niftiyev bunun səbəbləri arasında bir-biri ilə sıx bağlı olan problemlərdən danışıb.
N.Niftiyev regionların sosial-iqtisadi inkişafını təbliğ edən daha çox rayon İcra Hakimiyyətlərinin təsisçiliyi ilə nəşr olunan qəzetlərin olduğunu diqqətə çatdırıb. 
KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələrin aradan qaldırıldığını diqqətə çatdıran N.Niftiyev hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün kifayət qədər imkanlar yaradıldığını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə regionlarda həyata keçirilən layihənin əyalət mətbuatının inkişafına kömək edəcəyini vurğulayan layihə rəhbəri bildirib ki, gələcəkdə yeni yaranan Fondun imkanlarından yerli qəzetlərin də faydalanacağı nəzərdə tutulub.  
“Lənkaran” ictimai-siyasi qazetinin Baş redaktoru İltifat Əhmədov hazırda təsisçisi Lənkaran şəhər İcra Aparatı olan qazetin ilk sayının 1931-ci ilin yanvarın 21-də çapdan çıxdığını bildirib. Qazet 1931-ci ildən bu günədək “Tolişi Sədo”, “Qızıl  Talış”  və başqa adlarla, 1990-cı ildə isə indiki adı ilə çap olunduğunu diqqətə çatdıran İ.Əhmədov əvvəllər kütləvi tirajla nəşr olunsalar da hazırda ayda 2 dəfə 1000 tirajla çapdan çıxdıqlarını bildirib.
Qazetin hazırda 4 əməkdaşı olduğunu vurğulayan İ.Əhmədov texniki təchizat baxımdan digər əyalət qəzetlərindən fərqləndiklərini, kompyüter dəsti, faks aparatı və printerə malik olduqlarını söyləyib.
“Qəzet ən çox abunə ilə maliyyələşir. İldə 2 dəfə abunə kampaniyasını həyata keçiririk. Reklam və elanlardan da cuzi şəkildə qazetin hesabına pul daxil olur. Şəhər İcra Aparatı da qəzetə öz köməyini əsirgəmir. Qazetdə xüsusi buraxılış şəhər İcra Başçısının şəxsi hesabına dərc olunur”,-deyən İ.Əhmədov qəzetin mətbəə problemi olduğunu söyləyib. Onun sözlərinə görə, bu günlərdə Lənkəran şəhərində keçirilən mətbuatla bağlı tədbirlərin birində şəhərin İcra Başçısı gələn il Lənkəranda mətbəə tikiləcəyini bildirib.
Qəzetin fəaliyyət  dairəsindən danışan İ.Əhmədov ən çox rayonun ictimai-siyasi həyatını əks etdirən məlumatları işıqlandırdıqlarını, şəhər İcra Aparatında keçirilən bütün rəsmi tədbirlərə yer verdiklərini vurğulayıb. 
İ.Əhmədov həmçinin qəzetdə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Lənkaranda çayçılığın keçmiş şöhrətinin qaytarılması rubrikası altında silsilə materiallar dərc olunduğunu bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirən İ.Əhmədov maliyyə yardımlarının ayrılması məsələsində əyalət qəzetlərinin də nəzərə alınacağına ümid etdiklərini söyləyib.
Dəyirmi masada çıxış edən ekspert Azər Nuriyev yerli mətbuat nümayəndələrinin regionların sosial-iqtiadi inkişafı ilə bağlı dövlət siyasətinin mahiyyəti, əsas istiqamətləri, icra mexanizmləri, o cümlədən Dövlət Proqramının məqsəd və vəzifələri, mərhələləri, hazırkı icra vəziyyəti ilə bağlı biliklərini artırmaları yollarından danışıb. O, yerli KİV nümayəndələrinin regionların sosial-iqtiadi inkişafı ilə bağlı dövlət siyasətinə və Dövlət Proqramının hədəf regionunda və ümummilli səviyyədə icrasına dair informasiyaların mənbələri ilə tanış edib, onların bu informasiyaları əldə etmək  və effektiv şəkildə işıqlandırmaq bacarıqlarını artırırb. 
AZADİNFORM İnformasiya Agentliyinin müxbiri, layihə rəhbərinin köməkçisi Bayram Niftəliyev layihə ilə bağlı hazırlanan bukletlər barədə məlumat verib. Bildirib ki, bukletlərdə cənub bölgəsində Dövlət Proqramının icrası ilə əlaqədar görüləcək işlər barədə məlumat verilib.  
Bu yazı AZADİNFORM İA-nin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
yardımı ilə həyata keçirdiyi  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/news/a-315.html