Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan RRB-nin Qazaxıstanda keçirilən iclaslarına qatılacaq
28.03.11 20:38

Aprelin 01-də Qazaxıstanın Almatı şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının 32-ci və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 21-ci bircə iclası keçiriləcək. Toplantıda üzv kimi Azərbaycan da iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.Azərbaycanı tədbirlərdə RİTN-nin Poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edir. Tədbirdə poçt xidmətlərinin bütövlüyü, davamlılığı və təhlükəsizliyinə dair məsələlər, birgə poçt markalarının buraxılması layihəsi, eləcə də RRB çərçivəsində ekspress-poçt (EMS) sisteminin yaradılmasına dair konsepsiyanın həyata keçirilməsi və digər vacib istiqamətlər müzakirə olunacaq. Birgə iclasdan qabaq 29-31 mart tarixlərində Ümumdünya Poçt İttifaqının “Xidmət keyfiyyətinin yüksəldilməsi” adlı Strateji regional layihəsi çərçivəsində, yerlərdə təyin olunmuş poçt operatorlarına köməkliyin göstərilməsi üzrə regional yanaşmaya dair məsələlərə həsr olunmuş seminar keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-3141.html