Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AZADİNFORM İA “Lerik” qəzetində treninq keçirib
04.12.09 18:54

AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lerik rayonunda nəşr olunan “Lerik” qəzetinin redaksiyasında monitorinq aparıb və qəzet əməkdaşları üçün treninq keçirib.  Treninqdə çıxış edən AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsinin məqsədlərindən danışıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının mətbuatın inkişafına xidmət göstərdiyini bildirən N.Niftiyev ilkin mərhələdə artıq 55 KİV-in Fondun maliyyələşdirdiyi layihələri həyata keçirdiklərini söyləyib.  N.Niftiyev hazırda Fond tərəfindən jurnalistlər üçün də fərdi müsabiqənin elan olunduğunu və bölgə mətbuatında çalışan həmkarlarının da bu müsabiqədə iştirak etmək şanslarının olduğunu bildirib.
N.Niftiyev həyata keçirilən layihəni son illər dövlətin mətbuata qayğısının bariz nümunəsi adlandırıb. “Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən heç bir məhdudiyyət qoyulmur. Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər”,-deyə N.Niftiyev əlavə edib.
“Lerik” qəzetinin baş redaktoru İdris Şükürlü rəhbərlik etdiyi qəzetin fəaliyyətindən danışıb. İ.Şükürlü vurğulayıb ki, 1937-ci ildə “Züvand kolxozçusu” adı ilə fəaliyyətə başlayan qəzet müxtəlif illərdə “Kolxoz yolu”, “Bolluq uğrunda”, 1990-cı ildən sonra isə “Lerik” adı ilə çap olunub. Qəzetin 90-cı illərdə 5500 tirajla, hazırda isə 500 tirajla çap olunduğunu vurğulayan İ.Şükürlü “Lerik” mətbu nəşrinin səhifələrində rayonun bütün ictimai, mədəni, iqtisadi və sosial həyatının geniş əks olunduğunu bildirib. “Lerik” qəzetinin rayon İcra Hakimiyyəti orqanının nəşri olduğunu diqqətə çatdıran İ.Şükürlü regionların sosial-iqtisadi inkişafı ilə bağlı Lerikdə baş verən bütün yeniliklərin əhaliyə məhz bu qəzet vasitəsi ilə çatdırıldığını söyləyib. Əhalini daha çox maraqlandıran məsələlərə üstünlük verdiklərini qeyd edən İ.Şükürlü qəzetdə rayon ərazisindəki tarixi-mədəni abidələr, tanınmış şəxsiyyətlər barədə də məlumat verdiklərini söyləyib.
“Digər rayonlarda olduğu kimi Lerikin də siması dəyişib. Biz bu müsbət dəyişiklikləri qəzetmizin hər sayında işıqlandırırıq. Dövlətin sosial-iqtisadi uğurlarını ətraflı şəkildə oxucularımıza çatdırmağa çalışırıq. Məqsədimiz rayonda baş verən uğurların ictimaiyyətə obyektiv çatdırılmasından ibarətdir. Qəzetin maliyyə mənbəyi rayon İcra Hakimiyyətidir”,-deyən İ.Şükürlü əyalət mətbuatının kifayət qədər problemləri olduğunu vurğulayıb. O, rayon İcra Hakimiyyətinin dəstəyi olmadan fəaliyyət göstərə bilmədiklərini də etiraf edib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun köməyi ilə həyata keçirilən layihələri yüksək qiymətləndirən İ.Şükürlü artıq region qəzetlərinə də dəstək verməyin vaxtı çatdığını söyləyib. 
Sonra qəzet əməkdaşları üçün treninq keçirilib. Layihə rəhbərinin köməkçisi Bayram Niftəliyev AZADİNFORM İA tərəfindən hazırlanan bukletləri və içərisində mətbuatla bağlı qəbul edilən sənədlərin toplandığı qovluqları iştirakçılara paylayıb.
Ekspert Azər Nuriyev isə yerli KİV nümayəndələrini regionların sosial-iqtiadi inkişafı ilə bağlı dövlət siyasətinə və Dövlət Proqramının hədəf regionunda icrasına dair informasiyaların mənbələri ilə tanış edib. O, bu informasiyaları əldə etmək və effektiv şəkildə işıqlandırmaq bacarıqlarından danışıb. “Yerli qəzetlər vətəndaşların layihənin icra əhatəsinə daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasəti və Dövlət Proqramı ilə bağlı məlumatlılıq səviyyəsini artırmalıdırlar. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət orqanları, xüsusilə onların informasiya xidməti üzrə vəzifəli şəxslərinə proqramın icrası ilə bağlı ictimai məlumatları açıqlamaq vəzifə və öhdəliklərinə dair qanunvericiliyin tələblərini aşılamaq və onların bu sahədə KİV-lə əməkdaşlığını gücləndirmələri xatırlanmalıdır. Vətəndaşların Dövlət Proqramının icrası ilə bağlı dürüst və operativ informasiyaya müəssərliyini təmin etmək üçün bir vasitə kimi yerli mətbuata maraq və etimad artırılmalıdır”-,deyə A.Nuriyev əlavə edib.
Bu yazı AZADİNFORM İA-nin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
dəstəyi ilə həyata keçirdiyi  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/news/a-314.html