Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elxan Rzayev: “Oxucuya ağıllı əsərlər verin”
17.03.11 19:35

Ədəbiyyat, söz gəlir gətirmir. Bu baxımdan ədəbiyyata gələnləri kamikadze də hesab etmək olar. KƏLAMİNFO xəbər verir ki, bu barədə 525-ci qəzetin redaktoru, Milli Kitab Mükafatı müsabiqəsinin münsifi Yaşar Əliyev deyib. O, müsabiqəni Azərbaycan ədəbiyyatına edilən xeyriyyə aksiyası kimi dəyərləndirib. Onun sözlərinə əsaən, ədəbiyyat, söz bu gün gəlir mənbəyi deyil və gənclərin ədəbiyyata gəlməsi təqdirə layiqdir. “İndiki zamanda sözlə, ədəbiyyatla yaşamaq, dolanmaq çox çətindir. Bu gəncləri vəzifələrini yerinə yetirən kamikadze də adlandırmaq olar”,-deyə o əlavə edib. Kitab klubunun rəhbəri Elxan Rzayev isə, gəncləri oxucularını inkişaf etdirməyə cağırıb. O bildirib ki, zaman keçdikcə, inkişaf genişləndikcə əsərlərin də mövzusu dəyişməlidir. O, əsərlərin zamana, mövcud vəziyyətə uyğun yazılmasını vacib hesab edib. “Ağıllı oxucuya ağıllı əsər verin”,-deyə E. Rzayev gənc yazarlara müraciət edib.
URL / WWW
http://kelam.az/news/a-3119.html