Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunu haqqında mətbuat konfransı keçirdi
03.12.09 21:34

Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2009-cu ilin noyabrında beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunan analitik materialın təqdimatını keçirdi. M.Əhmədoğlu mətbuat konfransında əsasən Dağlıq Qarabağ, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda olan ölkələrlə bağlı danışdı. M.Əhmədoğlu ilk növbədə Rusiya və Ermənistan arasında ciddi problemlər olduğunu söylədi. “Xatırlayıram, müstəqillik dövründə “Həlqə əməliyyatı” zamanı da belə bir hal olmuşdu. Yenə də iki ölkə arasında olan münasibətlər soyuyub”, - deyən M.Əhmədoğlu əlavə edib. Son olan hadisələrə nəzər salan mərkəz rəhbəri iki dəfə Dmitriy Medvedyevin Serj Sarqisayanın ətrafında olmasına baxmayaraq Rusiya prezidentinin onunla görüşmədiyini diqqətə çatdırdı: “Ola bilsin ki, Rusiya nə isə mesaj vermək istəyir. Bu türk-erməni münasibətlərinin təsirindən də ola bilər”. Ermənistanla bağlı ikinci məsələnin isə demoqrafik vəziyyət olduğunu deyən M.Əhmədoğlu bu vəziyyətin bütün spektrlar üzrə narahatçılıq yaratdığını vurğuladı. “Əsas səbəb ordadır ki, bütün erməni ekspertləri və siyasətçiləri bu vəziyyətin düzələciyini gözləyirdilər. Amma əksinə, araşdırmalar göstərdi ki, Ermənistanda de populyasiya başlayır. Yəni əhali qocalır, doğulanlar və ölkəni tərk edənlərin sayı azdır. 3-4 ay bundan əvvəl Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan Ermənistan vətəndaşı, erməni əsilli olanların sayının Türkiyədə 40 min olduğunu, indi o bu rəqəmin 100 minə çatdığını söyləyib. Bütün nəticələri nəzərə alaraq demək olar ki, hələ bu vəziyyət uzun müddət düzəlməyəcək", - deyə o bildirib. Konfransda Mərkəzi Asiyadan Özbəkistanla və Cənubi Qafqazda olan məsələlərlə də bağlı məlumat verildi.
URL / WWW
http://kelam.az/news/a-307.html