Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün görkəmli sənətkar Nəsibə Zeynalovanın vəfatından 7 il ötür
10.03.11 20:48

Bu gün xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın vəfatından 7 il ötür. KƏLAMİNFO xəbər verir ki, Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda Kərbəlayi Cahangir adlı tacirin ailəsində dünyaya gəlib. O, yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, incəsənət sahəsindəki bu cəhdi uğursuz olub. N.Zeynalova geri çəkilməyərək, Musiqili Komediya Teatrına üz tutub və burada bir-birindən gözəl rollar yaradıb. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. Azərbaycan kino sənətinə “Qayınana”, “Ulduz”, “Bağlı qapı”, “Yuxu” kimi əvəzolunmaz incilər bəxş edib.
URL / WWW
http://kelam.az/news/a-3065.html