Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nazir müavini Elmir Vəlizadə: “Dünyada orta hesabla 30% insan internetdən istifadə etmək istəmir”
03.12.09 21:34

Hazırda dünyada internet istifadəçilərinin sayı 1,4 mlrd. nəfər təşkil edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır və internet istifadəçilərinin sayının artırılması, geniş zolaqlı internetin inkişafı üçün addımlar atır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə I Milli İnternet-forumunda bildirib. E.Vəlizadənin sözlərinə görə, bu gün internet istifadəçiləri arasında 18-24 yaş arasında olan gənclər üstünlük təşkil edir. O, həmçinin 18-45 yaş arası insanların da ən fəal internet istifadəçiləri hesab olunduqlarını söyləyib. İnternetin insanlar üçün geniş imkanlar açdığını diqqətə çatdıran E.Vəlizadə internet istifadəçilərinin böyük əksəriyyətinin on-line banking xidmətindən yararlandıqlarını bildirib. O, artıq bir çox insanların alış-veriş işlərinin də internet vasitəsilə həyata keçirdiklərini vurğulayıb. “İnsanların 29-80%-i onlayn bank sistemindən, 12-60%-i elektron alış-verişdən istifadə edir. Maraqlı bir fakt da mövcuddur ki, dünyada orta hesabla 30% insan internetdən istifadə etmək istəmir”,-deyə nazir müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-305.html