Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Politoloq: “Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasında İran günahkardır”
03.03.11 21:15

Iranla Ermənistanı yaxınlaşdıran yeganə səbəb İranın ant- Azərbaycan siyasətidir. İranın Azərbaycana neqativ münasibəti bizim inkişafımızın göstəricisidir. Azərbaycan gücləndikcə, İranın da ona təzyiqi artır. Tehran Ermənistana kömək etməklə Azərbaycana təzyiq göstərmək istəyir. KƏLAMİNFO xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bü gün keçirtdiyi aylıq mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasına İran günahkardır. “Dağlıq Qarabağ münaqişəsinin əsasını o zaman ABŞ qoydu. Lakin zaman keçdikcə, ABŞ-ın və Rusiyanın mövqeyi dəyişdi. Bir tək mövqeyindən dönməyən İrandır. İran Qarabağın status-kvosunu yox, müstəqilliyini istəyir. Onun antiazərbaycan siyasətinə ermənilər öz bibliyalarından daha çox inanırlar”,-deyə siyasi ekspert bildirib. O, Azərbaycanın İranın qabağında dayanmağa yetərincə resursu olduğunu da bəyan edib. Polotiloq Azərbaycanın ildırımsürətli inkişafında İranın rolunun olmasını vurğulayaraq, bunu Azərbaycanın böyük zəfəri adlandırıb. Ekspert gələcəkdə hətta Ermənistanın Azərbaycana qarşı İrana birləşməyi təklif edəcəyini də qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-3026.html