Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlığın imkanları” mövzusunda konfrans keçiriləcək
02.12.09 20:40

Sabah Hindistanda dörd sessiyadan ibarət “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlığın imkanları” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illik yubileyi münasibətilə ölkəmizin Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransın ikinci sessiyası “Azərbaycan və Hindistan xalqlarının mədəniyyət, adət və ənənələrindəki oxşarlığın tarixi, mədəni-humanitar əlaqələrin perspektivləri” mövzusunda olacaq. İkitərəfli münasibətlərin hazırkı vəziyyəti, mədəniyyət, incəsənət və digər sahələrə dair fikir mübadiləsinin aparılacağı konfransda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli iştirak edəcək.
URL / WWW
http://kelam.az/news/a-300.html