Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səhiyyə Nazirliyi stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanın nəticələrini açıqlayıb
25.02.11 19:23

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün keçirilən növbəti imtahanın nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. İmtahan stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 118 həkim iştirak edib. İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. Növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə olacaq. Həkimlərin sertifikasiya prosesinə bu ilin yanvar ayından başlanılıb. Artıq nazirlik 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
URL / WWW
http://kelam.az/news/a-2986.html