Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ekspert: “Rövşən Əkbərovun insident baş verən hərbi birləşməyə təyinatı orada güclü qayda-qanun yaradılmasına səbəb olacaq”
24.02.11 20:20

“Nadir təcrübəçi hərbiçilərdən olan general-leytenant Rövşən Əkbərovun ön cəbhədə incidentlər baş verən hərbi birləşməyə yeni təyinatı orada güclü qayda-qanun yaradılmasına səbəb olacaq”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində hərbi ekspert Ələkbər Məmmədov bildirib. O, qeyd edib ki, edilən dəyişiklik sayəsində nizam-intizam yaratmaq baxımından nələrsə gözləmək olar. “Baş verən hadisəyə görə yüksək rütbəli şəxslər cəzalanmalıdır ki, ordu rəhbərliyi özünü təmizə çıxarmış olsun. Böyük ehtimalla bacarıqlı zabitlərdən hesab edilən Rövşən Əkbərovun təyinatı hadisə baş verən korpusda çatışmazlıqları aradan qaldırmış olacaq. Ali baş komandanın təsdiqi də ona olan böyük ümidlərdən xəbər verir”,-deyə ekspert vurğulayıb. Qeyd edək ki, fevralın 20-də cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə 7 əsgərin ölümü ilə nəticələnən insident baş verib. Hadisədən sonra ölkə Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə həmin korpusun komandiri Çingiz Şəfiyevi vəzifəsindən azad edərək, general- leytenant, Milli qəhrəman Rövşən Əkbərovu onun yerinə təyin edib.
URL / WWW
http://kelam.az/news/a-2978.html