Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Meksikada “Bir daha soyqırıma yol verilməsin!” mövzusunda konfrans keçirilib
24.02.11 20:20

Mexiko şəhərindəki Xatirə və Dözümlük Müzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Bir daha soyqırıma yol verilməsin!” mövzusunda konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Markos Peres, Meksika Hökuməti yanında İnsan Hüquqları Komissiyasının Koordinatoru Leonardo Mier və “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının Meksika üzrə koordinatoru Ximena Olqin çıxış ediblər. X.Olqin Xocalı soyqırımı haqda və Xocalıda baş vermiş qəddar cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində “Xocalıya Ədalət” kampaniyasının fəaliyyəti barədə məlumat verib. Səfir İ.Muxtarovun çıxışından öncə, Xocalı qətliamı qurbanlarının xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixi kökləri, son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti, Xocalı soyqırımını əks etdirən video və fotoşəkillər, habelə Azərbaycanın tarixi xəritələri əsasında təqdimatla çıxış edən səfir İ.Muxtarov, tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən bəhs etmiş, həmçinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıda baş vermiş soyqırımın müqəssirləri sırasında olduğunu qeyd edib. Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri M. Peres, Xocalıda baş vermiş hadisələri soyqırım adlandıraraq, “Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyini” bildirib. Konfrans iştirakçılarına, üzərində “Justicia para Jodyali” (Xocalıya Ədalət) yazılmış köynəklər, ispan dilində “Xocalı soyqırımı” sənədli filminin diskləri, Xocalı faciəsindən bəhs edən buklet və döş nişanları təqdim edilib.
URL / WWW
http://kelam.az/news/a-2975.html