Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Yaponiya Zaqatalada zibil tullantılarının idarə olunmasına 101,975 dollar qrant ayıracaq
23.02.11 20:16

Yaponiya Zaqatalada zibil tullantılarının idarə olunmasına 101,975 dollar qrant ayıracaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən veriblər. Məlumatda bildirilir ki, fevralın 25-də “Zaqatalada tullantıların idarəolunması sisteminin yaxşılaşdırılması” layihəsi üçün qrant sazişinin imzalanma tədbiri keçiriləcək.Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və Zaqatala rayon icra hakimiyyətininbaşçısı Mübariz Əhmədzadə iştirak edəcək. Qrant sazişini Yaponiya səfiri Şusuke Vatanabe və “İcma inkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov imzalayacaq. Layihənin başlıca məqsədi tullantıların çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, eyni zamanda emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi üçün nəzərdə tutulan xüsusi sobaların rayonun ətraf ərazilərində inşa edilməsi ilə tullantıların praktiki və davamlı şəkildə idarə olunması üçün əsasın qoyulmasıdır. Qeyd edək ki, layihə Yaponiya səfirliyinin Azərbaycanda keçirilmiş sayca 141-ci layihəsidir.
URL / WWW
http://kelam.az/news/a-2957.html