Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » GVB Xocalı soyqırımının 19–cu il dönümünə həsr olunan tədbir təşkil edib
23.02.11 20:16

Gənc Vətənpərvərlər Birliyi (GVB) “Xocalı faciəsi–XX əsrin ən dəhşətli faciəsi kimi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Xocalı soyqırımının 19–cu il dönümünə həsr olunan tədbirdə çıxış edən GVB sədrinin müşaviri N.Niftiyev bu dəhşətli soyqırımla bağlı iştirakçılara məlumat verib. GVB sədri Müqamət Əliyev bildirib ki, 1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 36-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın qədim şəhəri olan Xocalıda soyqırımı aktı həyata keçiriblər. Onun sözlərinə görə, azğın düşmən tərəfindən Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Tədbirdə həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayyətinə catdırılmasının vacibliyi vurğulanıb. Sonda GVB-nin yerli şöbələri və üzv olan təşkilatlar adından beynaxalq qurumlara müraciət olunub. Qeyd edək k, eyni mövzulu tədbirlər GVB tərəfindən davam etdirilir.
URL / WWW
http://kelam.az/news/a-2956.html