Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək
01.12.09 19:41

Sabah Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-dən veriblər. Tədbirdə BMT, Avropa Şurası, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirli, Respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masaya həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunub. Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir.
URL / WWW
http://kelam.az/news/a-292.html