Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tam orta təhsil səviyyəsi üzrə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb
16.02.11 18:31

Təhsil Nazirliyi Bakı şəhəri üzrə tam orta təhsil səviyyəsi (XI sinif) üzrə keçirdiyi 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticələr nazirliyin saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib. Bakı şəhəri üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanları keçirilib. 26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də həmin imtahanlarda iştirak ediblər. İmtahan XI sinif şagirdləri üçün 3, IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib. Yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanan xüsusi buraxılış vərəqələri verilib. Valideyn Müəllim Assosiasiyasının nümayəndələri Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn qismində yoxlama imtahanlarının gedişini izləyiblər. Məlumatda əlavə olunub ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir. Fevralın 20-dən etibarən respublikamızın digər bölgələrində də yoxlama imtahanları keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-2915.html