Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Məcburi əmək və insan alveri” adında əmək müfəttişləri üçün təlimat kitabının təqdimat mərasimi keçirilib
16.02.11 18:31

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzin birgə həyata keçirdiyi insan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi layihəsi çərçivəsində “Məcburi əmək və insan alveri” adında əmək müfəttişləri üçün təlimat kitabının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr sektorundan veriblər. ƏƏSMN-də keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş texniki məsləhətçisi Zsolt Dudas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmisi, habelə aidiyyəti dövlət qurumları, sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərin nümayəndələri iştirak ediblər. Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyevin açılış nitqi ilə başlayan təqdimat mərasimi çərçivəsində əmək müfəttişlərinin preventiv, təqibedici və müdafiəedici rolunu gücləndirilməsi üzrə müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/news/a-2914.html