Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün Ümumdünya AİDS-lə Mübarizə Günüdür
01.12.09 19:41

Bu gün “Hyatt Regency” mehmanxanasında Ümumdünya AİDS Gününə həsr olunan Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfrans Respublika Səhiyyə Nazirliyi, UNAİDS, UNHCR və digər təşkilatların birgə dəstəyi ilə baş tutub. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Azərbaycanda BMT HİV üzrə birgə qrupun sədri Cəmilə Cərrahova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Nazarova, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi Rəfail Mehdiyev və digər rəsmilər çıxış ediblər. Konfransda Azərbaycanda HİV/AİDS-lə bağlı epidomoloji vəziyyət, Pentensiar xidməti və bir sıra xidməti müəssisələrdə HİV infeksiyası/AİDS-in diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunub. Qeyd edək ki, 1 dekabr artıq 21 ildir ki, Ümumdünya AİDS-lə Mübarizə günü kimi qeyd edilir. Bildirək ki, AİDS-lə mübarizə günü ilk dəfə HİV haqda bilikləri artırmaq, onunla mübarizə üçün maliyyə dəstəyini səfərbər etmək və HİV-ə dair xurafatı aradan qaldırmaq məqsədilə 1988-ci ildə qeyd olunub. 2009-cu ildə isə Ümumdünya AİDS-lə Mübarizə Günü HIV/AIDS-in mövcudluğu və ona qarşı mübarizə tədbirlərinə ehtiyacı vurğulayan “Ümumi istifadə imkanları və insan hüquqları” mövzusuna həsr edilib. Azərbaycanda BMT-nin HİV-ə qarşı proqramları HİV üzrə Birgə Qrup tərəfindən tənzimlənir və ona sədrlik UNAIDS tərəfindən həyata keçirilir. UNAIDS-in əsas məqsədi HİV-ə yeni yoluxma hallarının qarşısının alınmasında, HİV-lə yaşayan insanlara diqqət göstərilməsində və epidemiyanın mənfi təsirinin azaldılmasında ölkələrə kömək göstərməkdir. Təşkilatın 80-dan artıq ölkədə nümayəndəlikləri mövcuddur.
URL / WWW
http://kelam.az/news/a-291.html