Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bələdiyyə seçkilərində Ümid Partiyası ölkə üzrə 400 nəfər namizədlə iştirak edəcək
01.12.09 19:41

Qarşıdan gələn bələdiyyə seçkilərinə Ümid Partiyasının təqdim etdiyi 1300 nəfər namizəddən yekun olaraq 400 nəfər rəsmi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində partiyanın sədr müavini Ənvər Ağazadə verib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin hamısı sırf partiya xətti ilə irəli sürülən partiya üzvləridir. Ə.Ağazadə qeyd edib ki, partiya tərəfindən namizədlər respublika ərazisində 100 seçki dairəsində 350 bələdiyyə üzrə namizəd kimi iştirak edəcəklər. Partiyanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq noyabrın 26-dan təbliğat-təşviqat kampaniyasına başladığını deyən Ə.Ağazadə müvafiq olaraq bu prosesin partiyanın yerli təşkilatları tərəfindən həyata keçirilidiyini vurğulayıb. O, bildirib ki, bununla bağlı partiya sədri, millət vəkili İqbal Ağazadənin rəhbərliyi ilə partiya tərəfindən dəstək alan müvafiq bələdiyyə üzrə hər bir namizəd təbliğat-təşviaq kampaniyasını öz regionu üzrə sərbəst həyata keçirir.
URL / WWW
http://kelam.az/news/a-290.html