Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb
15.02.11 19:13

Cari ilin yanvar ayında nəqliyyat sektoru üzrə tarif indeksləri əvvəlki aya nisbətən 100,2 faiz, keçən ilin müvafiq dövrünə nisbətən isə 96,3 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqə üzrə 24,8 faiz, tranzit yüklərin daşınması üzrə 1,8 faiz bahalaşıb, digər ölkələrə göndərilmə üzrə 4,2 faiz, digər ölkələrdən gətirilmə üzrə 0,1 faiz ucuzlaşıb. Dəmir yolu nəqliyyatında beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri hər iki istiqamət üzrə müvafiq olaraq 0,1 faiz aşağı düşüb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri yerli əlaqədə 18,4 faiz, MDB ölkələri üzrə 9,2 faiz, uzaq xaricə isə 0,2 faiz ucuzlaşıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 4,0 faiz, qazın nəqli üzrə isə 2,5 faiz bahalaşıb Avtomobil nəqliyyatında yükdaşıma tariflərində 0,1 faiz ucuzlaşma müşahidə olunub.
URL / WWW
http://kelam.az/news/a-2898.html