Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qurban Bayramı ilə əlaqədar ətin qiymətində artım qeydə alınmayıb
01.12.09 19:41

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla gündəlik monitorinqlər keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İqtisadi İnkişaf Nazirliyindən veriblər. Paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər zamanı satışda olan ətin qiymətində artım qeydə alınmayıb. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatının artmasını nəzərə alaraq monitorinqlərini davam etdirəcək. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq və otlaqlar şöbəsinin müdiri Cingiz Fərəcovun KƏLAMİNFO-a verdiyi məlumata görə, bayram ərəfəsində ölkədə 2 mln. 570 min iri buynuzlu mal qara olub. Bunun da 1 mln. 242 mini inək və camışların payına düşüb. Şöbə müdiri həmçinin qeyd edib ki, 2009-cu ilin əvvəlinə respublikada qoyun və keçilərin sayı isə 8 mln. 276 min baş təşkil edib.
URL / WWW
http://kelam.az/news/a-289.html