Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DİA-da Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün keçirilən ixtisasartırma kursları davam edir
11.02.11 19:14

Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları üçün “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” mövzusunda keçirilən ixtisasartırma kursları davam edir. KƏLAMİNFO xəbər verir ki, ixtisasartırma kursu çərçivəsində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digər şəxslərin müxtəlif mövzularda mühazirələri olacaq. Bu gün isə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurs iştirakçıları üçün “Azərbaycanın müasir xarici siyasəti” mövzusunda mühazirəsi olub. Mühazidən sonra Ə.Həsənov DİA-da dövlət qulluqçuları üçün keçirilən ixtisasartıma kurslarının əhəmiyyəti, onun nəticəsi və mühüm tərəfləri ilə bağlı KƏLAMİNFO-a məlumat verib. Ə.Həsənov bildirib ki, bu təhsil ocağı təkcə bakalavr və magistr təhsili vermir, eyni zamanda dövlət qulluğunda çalışan və dövlət idarəçiliyində iştirak edən ayrı-ayrı qrupları mütamadi olaraq həftəlik, aylıq, iki aylıq və iki illik təhsilə cəlb edir. “Mütamadi olaraq DİA-da dövlət qulluğunun, dövlət siyasətinin bu və ya digər məsələləri, Azərbaycanın daxili, xarici siyasət məsələləri, ölkənin hüquqi, siyasi, sosial, mədəni-mənəvi həyatı və digər məsələləri bu kadrlarla müzakirə edilir, bu sahədəki yeniliklər, qanunvericilik aktları, onların tələbləri bu kadrlara çatdırılır. Bir sözlə, bu kadrlara ixtisaslaşdırılmış proqramlar çərçivəsində müxtəlif məsələlərlə bağlı biliklər verilir, dövlət qullğuna qəbul olunan insanlar DİA-da kurslar keçəndən sonra bir az da öz sahələri üzrə təkmilləşir, bu da onların sonrakı fəaliyyətlərinə müsbət təsir göstrərir”,-deyə Ə.Həsənov əlavə edib. Qeyd edək ki, bir neçə gün davam edəcək kurslarda ümumilikdə 30-a yaxın mühazirə dinləniləcək.
URL / WWW
http://kelam.az/news/a-2868.html