Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Aqrolizinq” ASC üçün 500 ədəd Belarus traktorlarının alınması nəzərdə tutulur
10.02.11 16:23

Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən əlavə, təkrar istehsaldan, texnikaların satışından, gübrə satışından, ehtiyat fondan və digər bir sıra yerlərdən daxil olmalar olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Aqrolizinq" ASC-nin mətbuat xidmətinin rəhbəri Pirvəli Həsənov bildirib. Onun sözlərinə görə, bu vəsait “Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikası və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi, texnika və avadanlıqların alınmasına sərf olunacaq. “Vəsaitlərin xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir. Hazırda ASC tərəfindən ölkəyə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar və digər məhsulların alınması üçün bölgülər aparılır. Bu il “Aqrolizinq” ASC tərəfindən Gəncədə istesal olunan 500 ədəd Belarus traktorları alınması nəzərdə tutulur. Ötən il isə 550 ədəd Belarus traktorları alınmışdı”,-deyə P.Həsənov vurğulayıb. Qeyd edək ki, 2011-ci il üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlara təmin etmək üçün Dövlət büdcəsindən 35 mln. manat vəsait ayrılıb.
URL / WWW
http://kelam.az/news/a-2863.html