Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib
26.11.09 20:39

Bu gün prezident İlham Əliyev Şamaxı rayonunda səfərdə olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev rayon mərkəzində Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Şamaxıda Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı yararsız tikililərin sökülməsi hesabına onun sahəsi 4,5 hektara çatdırılıb, ulu öndərin abidəsi bu istirahət mərkəzinin ərazisinə köçürülüb. Parkda 5 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı bina ilə yaxından tanış olub. Cari il mayın 10-da başlanmış tikinti işləri sentyabrda başa çatdırılıb. Binada Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin barelyefi qoyulub. İkimərtəbəli binanın sahəsi 516 kvadratmetrdir. Bina lazımi avadanlıqla təchiz edilib. Birinci mərtəbədə 7 iş otağı, ikinci mərtəbədə qəbul və təşkilat sədrinin iş otaqları, müşavirə zalı yerləşir. Burada partiya üzvlərinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu gün həmçinin prezident İlham Əliyev Şamaxıda Heydər Əliyev Fondu tərəfindən bərpası nəzərdə tutulan Cümə məscidi ilə tanış olub. Məscidin yenidən qurulması layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Cənubi Qafqazda ikinci qədim dini mərkəz olan Cümə məscidi 743-cü ildə tikilib. 1859-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılan məscid sonradan bərpa edilib. 1902-ci il zəlzələsində də Cümə məscidinə ciddi ziyan dəyib. Bu zəlzələdən sonra məscid Şamaxıdan olan Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa edilib. Hazırda Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində bu Allah evinin yenidən qurulması nəzərdə tutulub. Ümumi sahəsi 0,80 hektar olan məscidin ibadət yeri 1316 kvadratmetrdir. Prezident İlham Əliyev məscidin binası ilə tanış olub. Prezident İlham Əliyev Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin də açılışında iştirak edib. Prezident kollektivi mərkəzin açılışı münasibətilə təbrik edib. Dövlət başçısı mərkəzlə yaxından tanış olub.
URL / WWW
http://kelam.az/news/a-285.html