Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Parlamentdə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” AR Qanun layihəsi təsdiq edildi
26.11.09 20:39

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq olunub. Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Qurban bayramı münasibətilə iclas iştirakçılarını və xalqımızı təbrik edib. Gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin bir neçə gün ərzində parlamentdə müzakirə edildiyini vurğulayan O.Əsədov deputatların fikir və təkliflərinin nəzərə alındığını söyləyib. “Cari ilin 10 ayı ərzində ÜDM-in artımı 8,5 faiz olub. Bu da MDB məkanında ölkəmizin birinci olması deməkdir”,-deyə O.Əsədov vurğulayıb. İclasda hökumət üzvləri Milli Məclisdəki müzakirələr nəticəsində 2010-cu ilin dövlət büdcəsi layihəsinə və büdcə zərfinə daxil olan digər layihələrə edilən dəyişikliklər barədə məruzə ediblər. Maliyyə naziri Samir Şərifov 2010-cu il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 76 deputatın çıxış etdiyini bildirib. “Layihə barədə fikir və təkliflər təhlil olunub və bəzi düzəlişlər edilib. Yeni layihədə elm və təhsil, səhiyyə və bir neçə digər sahələr üzrə xərclər artırılıb”,-deyə S.Şərifov vurğulayıb. Sonra deputatlar “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanun layihəsini səs çoxluğu ilə təsdiq etdilər. Büdcə zərfinə daxil olan digər qanun layihələri də səsverməyə çıxarıldı və qəbul edildi.
URL / WWW
http://kelam.az/news/a-284.html