Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Müdafiə sənayesi naziri Y.Camalov polşalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
26.11.09 20:39

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Polşanın milli müdafiə naziri Boqdan Klixin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Sənayesi Nazirliyindən (MSN) veriblər. Görüşdə Y.Camalov qonaqlara nazirliyin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Azərbaycanla Polşa arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığı yüksək qiymətləndirib. B.Klix iki ölkə arasında mövcud əməkdaşlıqlar sırasına yaxın gələcəkdə müdafiə sənayesi sahəsi üzrə də əməkdaşlığın daxil olacağına ümidvar olduğunu bildirib. Görüşün müdafiə sənayesi sahəsi üzrə gələcəkdə yaranacaq əməkdaşlığa müsbət təsir göstərəcəyini vurğulayan B.Klix səmimi qəbula görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, görüşdə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski də iştirak edib.
URL / WWW
http://kelam.az/news/a-283.html