Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Xəzər hövzəsinin geosiyasi durumu və Obama administrasiyası dövründə Amerika-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçiriləcək
26.11.09 20:39

Dekabrın 4-də ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə Çikaqonun İllinois Texnologiya İnstitutu nəzdində Kent Hüquq Kollecində “Xəzər hövzəsinin geosiyasi durumu və Obama administrasiyası dövründə Amerika-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti, Birləşmiş Ştatların Azərbaycan diasporunun nüfuzlu nümayəndələri, ABŞ-ın elm adamları və yerli rəsmilər iştirak edəcəklər.Konfransın keçirilməsində məqsəd Xəzər dənizi hövzəsində geosiyasi reallıqlar, zəngin enerji ehtiyatları və tranzit imkanları ilə Azərbaycanın regionda həlledici mövqeyə malik olması, qlobal enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, rəsmi Bakı və Vaşinqtonun strateji müttəfiqliliyin hər iki tərəf üçün vacibliyi, bölgənin digər təhlükəsizlik problemləri barədə ABŞ-ın ekspert ictimaiyyətini məlumatlandırmaqdır.
URL / WWW
http://kelam.az/news/a-282.html