Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Dövlət Baytarlıq Xidməti: “Ölkədə “quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir”
26.11.09 20:39

Ölkə ərazisində keçirilən monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1772 baş ev quşunun qan nümunələri, 8 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib. Y.Xanvəlinin sözlərinə görə, ölkə ərazisində “quş qripi” xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinq zamanı müayinə edilən nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib. Y.Xanvəli bildirib ki, quş qripi xəstəliyinin köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq ölkə ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcək. O, həmçinin qeyd edib ki, “quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinqin dekabrın 21-də başlaması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-281.html