Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qeydiyyatdan keçmiş 1000-dən çox QHT tapılmır
26.11.09 20:39

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu işə Şura bir neçə ay əvvəl başlamış və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplamışdır. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilmiş və nəşr üçün hazırlanmışdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və siyahı üzrə Şuraya təqdim edilmiş 2427 QHT-nin 2058-i müstəqil qeyri-hökumət təşkilatı, 179-u idman təşkilatları, 150-si başqa QHT-lərin filial və şöbələri, 40-ı isə hüquq məsləhətxanasıdır. Qeyd edək ki, QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
URL / WWW
http://kelam.az/news/a-279.html