Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkiyə- İran sərhədində silahlı insident baş verib
31.01.11 19:45

Ötən gün Türkiyə- İran sərhədində silahlı insident baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Özalp mahalına yaxın Yuxarıtulgalı kəndində yaşayan və yanacaq qaçaqmalçılığı ilə məşğul olan Rəcəb Dağgəzən və Altın Cüməli İrandan qeyri-qanuni yolla Türkiyəyə daxil olarkən silahlı hücuma məruz qalıb. Silahlı hücuma məruz qalan iki qaçaqmalçının biri ölüb, digəri isə ağır yaralanıb. A.Cüməli Özalp Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin tibbi yardımından sonra o, Vana göndərilib. Özalp mahalının rəhbəri hadisənin baş verdiyi əraziyə gedib, İranın hərbi zabitləri ilə görüşüb. Hazırda hadisə ilə bağlı ərazidə araşdırmalar aparılır. Qeyd edək ki, hadisə baş verən vaxt qaçaqmalçıların yaxınlığındakı 9 baş atın da atəş nəticəsində tələf olduğu bildirilir.
URL / WWW
http://kelam.az/news/a-2770.html