Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATƏT-in Bakı ofisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə konfrans keçirdi
25.11.09 20:54

Bu gün “Park İnn” mehmanxanasında ATƏT-in Bakı ofisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi məişət zorakılığına dair konfrans öz işinə başladı. Tədbiri giriş sözü ilə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel açdı. O, on il əvvəl 25 noyabrın BMT-nin Baş Assambleyası tərəfindən Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan qaldırılması günü kimi qeyd edildiyini söylədi. “Konfransın keçirilməsi üçün bu günü də məhz Azərbaycanda məişət zorakılığı məsələlərinə dair ictimaiyyətin məlumatlandırılması məqsədi ilə seçmişik. Məişət zorakılığından hər bir kəs əziyyət çəkə bilər, amma bunun qurbanları məhz qadın və uşaqlar olur”, - deyə səfir bildirdi. B.Cankorel 60-a yaxın ölkənin qəbul etdiyi məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi Azərbaycanın da qəbul edəcəyinə ümid etdiyini vurğuladı. Parlamentin vitse-spikeri Bahar Muradova zorakılıq hadisələrinin yalnız Azərbaycana deyil, bütün dünyaya məxsus olduğunu vurğuladı. Vitse-spiker belə hallardan heç kəsin sığortalanmadığnı bildirdi. “Bütün ölkələrdə belə hallar baş verə bilər, bizim üzərimizə düşən vəzifə hadisələrə açıq gözlə baxmaq, insanları maarifləndirməkdən ibarətdir”, - deyə B.Muradova söylədi. Belə halların qarşısının alınması üçün xüsusi qanuna ehtiyac olduğunu qeyd edən vitse-spiker, qanunun Milli Məclisdə (MM) də müzakirəyə çıxarılacağını vurğuladı. “Biz faciəvi sonluqla bitən dramatik ailə dramlarıının şahidi olmaq istəmirik. Bu dəhşətli haldır. Qeyd edim ki, qanunun müzakirəsində bu tədbirin nəticələri də nəzərər alınacaq”,-deyə B.Muradova əlavə etdi. Qeyd edək ki, konfransda Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, parlamentin İnsan hüquqları komissiyasının rəhbəri Rəbiyyət Aslanova, MM-in üzvləri, hökümət təmsilçiləri, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri məişət zorakılığı problemini araşdıran təqdimatlarla çıxış etdilər. Xatırladaq ki, ATƏT-in Bakı ofisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və MM-in İnsan Hüquqları üzrə Daimi Komitəsi ilə sıx əməkdaşlıq edərək, Azərbaycanda məişət zorakılğına dair ictimaiyyətin məlumatlandırılması işlərini aparır və bu hallara dair qanun layihəsinin hazırlanması və qəbul olunması istiqamətində səyləri dəstəkləyir. Qurum həmçinin Dövlət Komitəsi və parlament üzvlərinin iştirakı ilə son həftə ərzində İctimai Televiziyada məişət zorakılğı probleminə həsr olunan dörd tok-şou təşkil edib.
URL / WWW
http://kelam.az/news/a-275.html