Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti yenidən bərpa edilib
28.01.11 18:57

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bü gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi üzrə müzakirələr aparılıb. KƏLAMİNFO xəbər verir ki, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib. İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xukla i Kosta yekdilliklə (Ermənistan istisna olmaqla) Komitənin yeni sədri seçilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovbildirib ki, Alt Komitənin tərkibinə hər ölkənin həmməruzəçiləri, AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri daxil olacaq.
Qeyd edək ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsi təxminən bir il əvvəl qurumun sədri Lord Rassel Constonun vəfatı ilə əlaqədar öz fəaliyyətini dayandırmışdı.
URL / WWW
http://kelam.az/news/a-2749.html