Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK sınaq imtahanlarının nəticələrini açıqlayıb
27.01.11 17:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın nəticələri TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Sınaq imtahanında iştirak etmək üçün 31 min 126 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 1460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub. Qeyd edək ki, növbəti sınaq imtahanlarının müntəzəm olaraq aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-2745.html