Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATƏT-in Bakı ofisi Azərbaycanda Milli Preventiv Mexanizimin yaradılması üzrə seminar keçirdi
25.11.09 20:54

Bu gün ATƏT-in Bakı ofisi Ləndmark Biznes Mərkəzində Azərbaycanda Milli Preventiv Mexanizimin yaradılması ilə bağlı seminar keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melisa Stoun bildirdi ki, Azərbaycanda MPM-nin uğurla təsis olunması və səmərəli fəaliyyəti qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın digər formalarına qarşı mübarizədə ölkənin göstərdiyi səylərdə həlledici rola malik olacaq. O seminarda ATƏT-in MPM-lərin preventiv mandatının nəzəri və təcrübi aspektlərini quruma üzv dövlətlərin bu sahədəki mütərəqqi təcrübəsindən istifadə ediləcəyini bildirdi.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda Milli Preventiv Mexaniziminin yaradılması ilə bağlı Prezident Adminstirasiyasına məlumat verildiyini bildirdi. E.Süleymanov Azərbaycanda məhkumlara maddi və tibbi dəstəklər göstərildiyini bildirdi. Ədliyyə nazirinin müavini Nazim Ələkbərov ölkədə işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısını almaq üçün kifayət qədər iş görüldüyünü vurğuladı. O, bu işlərin BMT və digər yüksək qurumlarda müsbət qarşılandığını söylədi. N.Ələkbərov Azərbaycanda məhkəmə-hüquq sistemində yeni islahatlar aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Hüquqları şöbəsi rəhbərinin müavini Asiya İvançeva ATƏT-ə üzv olan 56 ölkədən 27-də Preventiv Mexanizimin təsdiq olunduğunu bildirdi.
URL / WWW
http://kelam.az/news/a-274.html