Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATƏT Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcək
25.11.09 20:54

Azərbaycan məişət zorakılğını kriminallaşdıran qanunvericiliyi qəbul edən ölkələrin sırasına qoşula bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakıda “Məişət zorakılğının qarşısının aınması: ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda keçirilən beynəlxalq konfransada məlumat verilib. Məsələyə münasibət bildirən ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə qanunu qəbul edən artıq 60 ölkənin olduğunu, Azərbaycanın da bu ölkələr sırasına qoşulacağına əminliyini ifadə edib. Azərbaycanın qonşularından Türkiyə və Gürcüstanın da bu qanunvericiliyi qəbul etdiyini söyləyən səfir, bir il ərzində daha 10-15 dövlətin həmin ölkələr sırasında olacağını istisna etməyib. B.Cankorel həmçinin ATƏT-in Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcəyini də diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/news/a-272.html