Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » B.Muradova: “Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün ayrıca qanun qəbul ediləcək”
25.11.09 20:54

Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün ayrıca qanun qəbul ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin vitse-spikeri Bahar Muradova söyləyib. Zorakılıq məsələlərinə mətbuatın da diqqətini qeyd edən vitse-spiker Azərbaycanın bu sahədə öz vəzifələrini artıq çoxdan müəyyən və icra etdiyini vurğulayıb. “Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində, Ailə, Cinayət məcəlləsində, ən əsası Azərbaycan Konstitusiyasında ailə və nigah, uşaqlar və qadınlar dövlətin himayəsi altındadır, Bununla bağlı qanunvericilikdə müxtəlif maddələr təsbit olunub, amma bu hüquqlar tam şəkildə həyata keçirilmir. Nəzərə alsaq ki, ailə münasibətləri daha çox etik-əxlaqi münasibətlərə söykənir, ona görə hüququn bu məsələlərdə dərinə işləməsi çətinləşir. Məhz bu səbəbdən də bütün dünyada olduğu kimi zorakılğa qarşı mübarizə kampaniyasına qoşulan Azərbaycan bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ayrıca bir qanunun qəbul olunmasının zamanı gəlib çatdığının fərqindədir. Ona görə də biz bu istiqamətdə hazırlanan qanunverici layihənin ən müxtəlif səviyyələrdə ictimai müzakirələrini təşkil edirik”, - deyən B.Muradova ATƏT-in Bakı ofisi, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi məişət zorakılığına dair konfransın bu cür müzakirələrdən biri olduğunu söyləyib.
URL / WWW
http://kelam.az/news/a-271.html