Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU ilə Ankara Universiteti arasında Memorandum imzalandı
19.01.11 17:30

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Görüşdə A. Məhərrəmov BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən bəhs edib. Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını müzakirə ediblər. A.Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib.Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib. Daha sonra BDU ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. İmzalanma mərasimdən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar ki, bu da onlara hər iki qardaş dövlətlə işləmək şansı yaradacaq.
URL / WWW
http://kelam.az/news/a-2692.html